Çıraqqalaİyun 9, 2020

Çıraqqala haqqında məlumat

Azərbaycanımızın bir parçası olan Dəvəçi rayonu tarix və mədəniyyət abidələri ilə zəngindir.Ümumdünya əhəmiyyətli nadir yerüstü abidələrdən biri olan Çıraqqalanın ümumi uzunluğu 120 km, divarlarının hündürlüyü bəzi yerlərdə 11 metrə çatan “Uzun duvarlar” adlanan Gil-Gilçay səddi il birlikdə IV-V əsrlərdə hündür qaya uzərində qoyulmuşdur ki, bu qala Şirvanın uzaq yerlərini görməyə imkan verməklə yanaşı həm də çox munasib mudafiə imkanlarına malikdir.Gördüyümüz kimi memarlıq baxımından da Çıraqqala nadir sənət incisidir.Əvvəlcə qeyd etdiyim kimi, Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarətdir.Düzbucaqlı formasında olan qala əsasən yerli daşlardan və bişmiş kərpicdən tikilmişdir.Divarların hündürlüyü təxminən 8-10 metrə, qalınlıqı 3-4 metrdir.Qala qapısından bir qədər aralı ortalıqda örtməli ovdan su anbarı yerləşir.Gördüyümüz bu saxsı borular onu deməyə əsas verir ki, su bu ovdana yaxınlığdakı dağ çeşmələrindən gətirilmişdir.Qarşıdan görünən hündürlüyü təxminən 150 metr olan sıldırım qayanın zirvəsindəki o daş bürc isə müşahidə və siqnal məqsədilə tikilib. Burada dayanan keşikçilər Beşbarmaq dağından şimala doğru təxminən 100 km dəniz sahili ərazisini nəzarətdə saxlaya bilmişlər.Qalanın özünə məxsus zindan-həbsxanası və özündən 80-200 metr aralı şimala doğru qaya döşündə ərzaq saxlamaq üçün buzxana anbarı bugündə qalmaqdadır.

Gördüyümüz qalanın Baş bürcü tədqiqatçı alim Qoçulunun araşdırmalarına görə çox maraqlı quruluşa malikdir.Gördüyümüz kimi bir tərəfdən girdə, o biri tərəfdən düzbucaq şəklidə silindirik gövdə başdan-başa üfüqi zolaqlarla örtülüb.Növbə ilə daş və kərpic hörgülü zolaqlar onun monumentallığını dahada artırır.Bakıdakı məşhur Qız qalası da bu üslubda tikilmişdir .Bu da onu deməyə əsas verir ki, belə bir fənd çox güman ki, eyni

konstruktiv möhkəmlik üçündür.Elə buna görə də Sal qaya üzərində yalnız öz ağırlığı hesabına dayanan Baş bürcün möhkəm quruluşunu yaratmaq üçün qovşaqvari zolaqlardan istrifadə olunmuşdur.Gördüyünüz kimi, bu qurşaqların materialı həm də növbə ilə təkrarlanır:daş-kərpic,kərpic-daş

Mütəxəsislərin dediyinə görə siluet və tektonika effektinə görə baş bürcün həm forma kamilliyinə, həm də miqyas ölçülərinin tənasübünə söz ola bilməz.

Gördüyünüz bu möhtəşəm tarixi qala dağ başında közərə-közərə vaxtın görünməz iti dişlərində didilir-sökülür.

Mərhum alimimiz,soykökümüzün yorulmaz tədqiqatçısı Mirəli Seyidov “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı kitabında Azərbaycan xalqının soykökündə duran qəbilə birləşmələrindən biri olan Siraq (bəzi mənbələrdə Şiraq), Sirlərdir.Bu qəbilə birləşməsi Saqlar, Varsaqlar,Oğuzlarla qohum qəbilə birləşməsi olmuşlar.

Orta Asiyadan İtil çayı sahillərindən tutmuş Qafqaza kimi geniş bir ərazidə ağalıq etmiş Şiraqlar Qafqazın ictimai-siyasi həyatında görkəmli yer tutmuşlar.Siraqın adına ,bu adlı qəbilə birləşməsinə eramızdan əvvəl VII-VIII əsrlərdə yunan qaynaqlarında Orxon – Yenisey və başqa abidələrdə də rast gəlmək olar.

Hörmətli qonaqlar, müəllif sonra elmi izahlarla sübut edir ki, azərbaycanlılar buraya “Sıraq” , “Şiraq ”, Çıraq da demişlər. Deməli öz kökü ilə turkdilli olan “Siraq “, “Şiraq”, “Çıraq “sözü “işıq buraxan , “şüa buraxan” deməkdir.

Bütün bunlar onu deməyə əsas verirki, Çıraqqalanın adı qədim türk tayfalarının adı ilə bağlıdır.

Beləliklə, buradan belə nəticə çıxır ki, şimaldan hər hansı bir təhlükə gözlənilən vaxt çaparlar bunu qaladakı gözətçilərə xəbər verər , bu zaman qalanın ən uca bürclərində tonqal , od , çıraq yandırılarmış.Ətrafda yaşayan camaat da agah olarmış ki, təhlükə var.

Belələiklə həmin tonqalın Beşbarmaq səddindən başlamış Samurqalaya , Dəmirqapı Dərbəndəcən xəbər göndərər , haray salar , ellərimizi düşmənə qarşı birgə mübarizəyə səsləyərdi. Beləcə Çıraqqalada yanan məşəlin ışığında igidlərimiz səs- səsə verər birləşərdi , müqəddəs torpaqlarımızın birliyi , bütövlüyü uğrunda döyüşə gedərdi.Düz 1600 ildir ki,bu çırağ qəlbimizdən , sevgimizin , arzumuzun , ümüdimizin nuru ilə işıqlanır.

Sovetlər birliyi dövründə baxımsız qalmış qala bir neçə yerindən sökülmüş dağıntıya məruz qalmışdır.. Ümumilli liderimizin Azərbaycanın tarixi abidələrinə diqqəti , onların qorunub saxlanılmasına böyük qayğısı yurdsevərlərin hər birinə böyük örnəkdir.Azərbaycan Respublikası Prezidentinin “Çıraqqala ” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında 23 iyun 2003-cü il tarixli Sərəncamı da elə bu diqqət və qayğının təzahürüdür.Bu gün məlum Sərəncamdan sonra alimlər, tədqiqatçılar qalada tədqiqat işləri apararaq və sübut etmişlər ki, Çıraqqala həqiqətən müdafiə istehkamıdır.

Gördüyümüz kimi tarixin bütün dövürlərindən indiyə kimi əlverişli coğrafi mövqeyi , zəngin təbii sərvətləri , maddi – mənəvi potensialı bölgədə yüksək nüfuzlu aparıcı dövlətlərin Azərbaycana marağını artırıb. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları öz sələfini bizə miras qoyduğu tariximizə , xalqın daş yaddaşına qayğını daim diqqət mərkəzində saxlayır. Prezidentimiz Şabran rayonunda olarkən orta əsrlər Azərbaycanın ən məşhur şəhərlərindən olan Şabranda gedən arxeoloji qazıntı işləri ilə maraqlanmış , yurdumuzun ən nadir tarixi abidələrindən olan Çıraqqala ilə tanış olmuşdur.

Qədim , ulu tariximizin bütün dövrlərində şahlar , hökmdarlar bir vaxtlar Quzğun adlandırdıqları Xəzərlə dağlar arasındakı keçidləri bağlamaq qayğısına qalmış, ölkəni şimaldan gözlənilən hücumlardan qorumaq məqsədi ilə bu yerlərdə möhkəmləndirillmiş qalalar, istehkamlar tikdirmişlər. Onları qədim Romalılar Kasppi Qapıları adlandırmışlar.

Dəmirqapı Dərbəndin daş divarları , Dərbənd qala, Samur torpaq səddi və Torpaqqala , Gilgilçay səddi və Çıraqqala , Beşbarmaq səddi və Bacarvan qala tikililəri , Bakı Abşeron qalaları odlar yurdunun daş yaddaşıdır.

Qafqaz Albaniyası zamanında Dərbənddən Giləziyə qədər bir neçə müdafiə sədləri tikilmişdir. Qədim müəlliflər bu qapılara Kaspi qapıları ilə yanaşı , Dəniz qapıları da deyiblər.