Gil-gilçay müdafiə səddi

Gil-gilçay səddi tikinti mürəkkəbliyinə və üslubuna görə digərlərindən fərqlənir. Məyyənləşdirilmişdir ki, sədd Xəzər dənizinin Qərb sahilindən başlayaraq Siyəzən və Şabran rayonlarındakı, Kolanı, Gil-gilçay , Yenikənd, Eynibulaq, Çalğan, Qalaaltı, Çaraq, Hacıisgəndər, Təkiyə, Ugah, Çinarlar, Nohurlar və sairə kəndlərin ərazisindən keçərək Baba dağınadək davam edir. Sədd Böyük Qafqaz dağlarındakı keçid yerləri əhatə etməklə Quba, Zaqatala ərazisindən keçərək Qara dənizin şərq sahillərinədək davam edir. Xüsusən Zaqatala uzun divarları rayonun şərqindən başlayaraq Katexdən keçib Gürcüstan sərhəddinə, Dəryal dərəsinə, oradan isə Qara dənizədək davam edir. Məlumdur ki, Sasani imperiyası Qafqaz Albaniyasını işğal etdikcə, özünün şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün , habelə Şimal xalqlarının hücümlarından qorunmaq üçün sitemli formada 5 nüdafiə səddi inşa etdirmişdir. Gil-gilçay səddi öz möhtəşəmliyi ilə uzunluğuna görə digərlərindən fərqlənir.

Müqayisə üçün qeyd edək ki, Çin səddinin hündürlüyü 10 metr, divarlarının qalınlığı 6.5 metr olduğu halda, Gil-gilçay səddinin bəzi yerlərinin hündürlüyü 15 metr, divarlarının eni isə 7 metrdən artıqdır.

Sədd tikilərkən onun plan quruluşu yerin relyefinə uyğunlaşdırılmış, müdafiə məqsədləri üçün təmii maneələrdən maksimum istifadə edilmişdir. SAəddin tikilməsində təbii-coğrafi amili, Zaqatalanın uzun müdafiə didarlarını Qafqaz sıra dağlanının keçilməz sıldırımlarını nəzərə aldıqda şübhəsiz Xəzər dənizindən başlanan sədd Dəryal dərəsi daxil olmaqla uzun bir məsafəni əhatə edir. Səddin əhatə etdiyi ərazinin 4 yerində iri qala , qəsr , müdafiə məntəqəsi, habelə 5 yerdə qədim yaşayış yeri qeydə alınmışdır. Müəyyən edilmişdir ki, düzənlik hissədə bürclər arası minimal məsafə 29.5 metr , maksimum məsafə 61 metr vahid qanunauyğunluğa əsaslanaraq orta ölçü isə 40 metrdi. Bütövlükdə götürdükdə dənizdən başlayan səddin 152 bürcü və bürclər arası məsafə dəniz səviyyəsindən hündürlüyü, habelə səddin üzrəsində yerləşən hərbi düşərgə dəqiqliklə ölçülərək tədqiq edilmişdir. Bütövlükdə sədd düzənlik, yarımdağlıq və dağlıq hissələrdə salınmışdıfr. Txtakörpü-Ceyranbatan kanalı yarımdağlıq hissənin başlanğıcından keçir. Qeyd olunmalıdır ki, səddin cənub hissədində divarın hündürlüyü 2-3 metr olduğu halda şimal hissəsi 5-6 metrə çatır.

Səddin yarımdağlıq hissəsi Bakı-Şabran magistral şosse yolunun 113 km-dən , Gil-gilçay çayının üzərindəki körpünün yanından başlayır. Bu ərazidə salamat qalmış ilk bürclə çayın arasındakı məsafə 0.5 km-ə bərabərdir.

Səddin yarımdağlıq hissəsindəki bürclərin nömrələnməsi də birinci bürcdən başlayır.

1№-li bürclə 2№ -li bürcün arasındakı məsafə 49 m-dir.

2№ -li bürclə 3 №-li bürcün arasındakı məsafə 50 m- dir .

3№-li bürclə 4№-li bürcün arasındakı məsafə 47.5 m-dir.

4№-li bürclə 5№-li bürcün arasındakı məsafə 45.5 m- dir.

5№-li bürclə 6№-li bürcün arasındakı məsafə 43 m- dir.

6 №-li bürclə 7№-li bürcün arasındakı məsafə 64 m- dir

7№-li bürclə 8№-li bürcün arasındakı məsafə 46 m- dir.

8№-li bürclə 9№-li bürcün arasındakı məsafə 46 m – dir.

9№-li bürclə 10№-li bürcün arasındakı məsafə 46 m – dir.

10№-li bürclə 11№-li bürcün arasındakı məsafə 45.5 m – dir.

11№-li bürclə 12№-li bürcün arasındakı məsafə 50 m – dir.

12 №-li bürclə 13№-li bürcün arasındakı məsafə 41m – keçid vardır.

13№-li bürclə 14№-li bürcün arasındakı məsafə 42 m – dir.

14№-li bürclə 15№-li bürcün arasındakı məsafə 44 m – dir.

Yerli mənbələr içərisində M.Kalankaykutlunun “Alban tarixi” əsəri bu istiqamətdə xüsusi yer tutur. Lakin nəzərə alsaq ki, Sasanilər tərəfindən ilk orta əsrlərdə müdafiə səddlərinin tikilməsi ancaq 387-ci il müqaviləsindən sonra başlanmışdır, onda müdafiə tikililərin dövrünü dəqiq müəyyən edilməsi həqiqətinə daha çox yaxınlaşmış oluruq. Xüsusən də Sasani şahi II Yezdəgirdin ( 493-457) Zaqafqaziya ölkələrinə daha çox diqqət edib.Onları özünə daha çox tabe etməsinə əsaslanaraq Beşbarmaq və Gil-gilçay sədlərinin II Yezdəgirdin dövründə tikildiyini söyləmək olar. M.Kalankaykutlu albanların Sasanilərə qarşı üsyanı zamanı apardığı döyüşün iI Yezdəgirdin tikdirdiyi qalada baş verdiyini və Sasanilərin zorla qalanı tutaraq dağıtdığını qeyd edir. Kalankaykutlunun göstərdiyi qala şübhəsiz Beşbarmaq qalası və paralel səddidir.

Çünki Sasani şahı Qubadın dövründə yeni müdafiə divarlarının tikilməsi məlum olduğu üçün bu döyüşün Sasanilərin Alban

ərazisində tikdirdiyi ilk qala və sədd olan Beşbarmaqda aparıldığı aydınlaşır.

Müdafiə tikililəri ilə əlaqədar A.Bakıxanov “Gülüstani – İrəm” əsərində yazır ki, Babi-Alan səddini İsfəndiyar tikdirmişdir. Nuşirəvan isə yenidən bərpa etdirmişdir.Həmin səddin hasarı, darvazanın yeri və şəhərin xarabası Quba Şabran mahalında Gil-Gilçay səddidir. Çünki sədd bir neçə adla məlumdur ki, onlardan biri də Alandır. Baxmayaraq ki, sədd Dəryal dərəsindəki keçidlə eyniləşdirilir. Gil-Gilçay səddi Qara dənizə qədər davam edir. Səddin Nuşirəvən tərəfindən bərpa edilməsidə deyilir amma bu mübahisəlidir. Mənbələrdə qeyd olunur ki, bu sədd IX əsrdə bərpa olunmuşdur. Bu isə Nuşirəvanın dövrünə uyğun gəlmir. Qazıməmməd –Mazdok qaz kəməri çəkilərkən habelə Taztakörpü- Ceyranbatan kanalı çəkilərkən sədd aparılan arxeoloji qazıntılar həqiqətən səddin bərpa olunmasını təsdiq etmişdi.

Belə ki, səddin divarlarına çəkilmiş suvaq iki, bəzi yerlərdə üç qatdan ibarətdir. Suvaq ağımtıl və nisbətən bozumtul rəngli palçıqdan çəkilmiş, qalıqları 10sm-dən 5sm- ə çatır. Suvaqların birinin digərinin üzərinə çəkilməsi səddin bərpa olunduğunu göstərir. Laki onun hansı dövrdə – Nuşirəvanın , yoxsa IX əsrdə bərpa olunduğunu müəyyən etmək çətindir.

A.Bakıxanov səddin yerləşdiyi ərazini dəqiq göstərir. Qeyd olunmalıdır ki, A.Bakıxanovun göstərdiyi darvaza yeri Zaqafqaziyada ən möhtəşəm olan hərbi düşərgənin giriş qapısı və ya Şəhərgah yaşayış yerindəki qapı yeridir ki, bu gün də onun qalıqlarını aydın izləmək olur. Daha sonra A.Bakıxanov yazır: “ Bu sədd dənizdən başlayıb adı çəkilən şəhərin yaxınlığında olan Əlixanlı kəndinin üst tərəfindən keçərək Çıraq qalasına bitişmişdir. A.Bakıxanov səddin böyük bir şəhərin xarabalığı yanından keçdiyini dedeikdə tədqiqatlardan məlum olan dörd yaşayış kəndi yaxınlığında , Çaraq kəndinə gedən yolun kənarında və Çinarlar kəndi yaxınlığındakı yaşayış yeri qalıqlarından birini nəzərdə tutmuşdur.