Pir Xəlil türbəsi

Gilgilçay qəsəbəsində təpəlikdə yerləşən bu türbə XVII əsr Azərbaycan memarlığının maraqlı münunələrindəndir. Bu türbədə dənf edilən Pir Xəlil babanın şəxsiyyəti haqqında ətraflı məlumat azdır. Yalnız ədəbi mənbələrdən belə məlum olur ki, Pir Xəlil baba XVII əsrin məşhur sufi dərvişlərindən olub. Yerli cammat müxtəlif göz ağrıları səbəbindən bu pirin üstünə gəlir və bu pirin divarlarına əski parçaları bağlayıblar. Tarixçi alim Məşədixanım Nemət 1992-ci ildə Azərnəşirdə çap olunan “Azərbaycanda pirlər” kitabında yazır ki, “ Nadi Əliyyən” duası Qızılburun yarımadasının VII kilometrliyində yerləşən “Pir Xəlil Baba” piri türbəsinin kitabəsində yazılmışdır. “Bəkdaşiyyə” , “Baba Sammit dərvişləri” cəmiyyətləri ilə əlaqələndirilən “Nadi Əliyyən” – “Əlini çağır” duasında deyilir: “ Ya Mədəd Əli ! Bizim məshəbimizdə haqq sözü Əlini çağırmaqdır. Möcüzələr yaradan Əlini çağır! Sən onda bəlalardan xilaskarını taparsan. Ya Məhəmməd! Sənin peyğənbərliyin və ya Əli ! Ya Əli! Ya Əli, sənin vəliliyinin köməyi ilə bütün qüssə və kədərlər keçib gedər,”

Pir Xəlil babada “Bektaşiyyə” və yaxud “ Baba Sammit dərvişləri” cəmiyyətlərinin üzvü imiş. Bu cəmiyyət sufi təşkilatı idi. “ Bektaşiyyə” cəmiyyətinin üzvləri geniş xalq kütlələri ilə sıx əlaqədə idilər.

Məşədixanım Nemət adı çəkilən kitabında göstərir ki, “ Səfəvilər özlərinə düşmən olan sünni təriqətli qonşu ərazilərdə – Türkiyədə, Şirvanda və digər ərazilərdə Sufi təşkilatları yaradırdılar. Bunlardan uzun müddət fəaliyyət göstərən “ Bektaşiyyə” və onun qolu olan “ Baba Sammit dərvişləri “ cəmiyyətlərini göstərmək olar.

Pir Xəlil baba da bu cəmiyyətlərin ən tanınmış münayəndələrindən biri idi ki, Şirvan torpağında fəaliyyət göstərmiş və vəfat etdikdən sonra da pirə çevrilmişdir.